RU

Bu şəxslərə cəza gəlir

Almaniyada yaşlanan əhali və aşağı doğum göstəriciləri fonunda sosial qayğı sisteminin maliyyələşdirilməsi üçün yeni addım hazırlanır.

Musavat.com xəbər verir ki, Almaniyada hazırlanan yeni qanun layihəsinə əsasən, uşağı olmayan işləyən vətəndaşların yaşlılara qulluq sisteminə ödədiyi sosial sığorta haqları artırılacaq.

Layihəyə görə, uşağı olmayan şəxslərin ödədiyi aylıq töhfə mərhələli şəkildə artırılaraq gəlirin 2,5 faizinə çatdırılacaq. Qaydaların əsasən 23 yaşdan yuxarı və tam ştat çalışan bütün şəxslərə şamil ediləcəyi bildirilir.

Məlumata görə, Almaniya hökuməti doğum səviyyəsinin aşağı düşməsi və əhalinin sürətlə qocalması səbəbindən yaşlılara qulluq sistemini uzunmüddətli dövrdə dayanıqlı saxlamağa çalışır.

Musavat.com

Избранный
31
musavat.com

1Источники