RU

Arzu qəza ilə bağlı AÇIQLAMA VERDİ - Qəza görüntülərini PAYLAŞDI

Ajans.az xəbər verir ki, o, hadisə zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verərək bildirib ki, uzun müddət susmasının səbəbi istintaq prosesinin yekunlaşmasını gözləməsi olub. Arzunun sözlərinə görə, qəza Mərdəkan–Qala yolunda baş verib. O bildirib ki, hadisə zamanı yol hərəkəti qaydalarına uyğun şəkildə 60–70 km/saat sürətlə hərəkət edib və sola dönmək üçün əvvəlcədən dönmə işığını yandırıb. İddiasına əsasən, arxadan yüksək sürətlə gələn avtomobil onu ötmək üçün qarşı zolağa çıxıb, idarəetməni itirərək daşlara çırpılıb və bir neçə dəfə aşıb. O qeyd edib ki, həmin avtomobil onun maşınına toxunmayıb. Arzu sosial şəbəkələrdə onun hadisə yerindən qaçdığı ilə bağlı yayılan fikirləri də təkzib edib. Bildirib ki, hadisədən sonra ərazidə qalıb, ətrafdakı şəxslər təcili yardıma zəng edib və vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparılıb. O əlavə edib ki, hadisə ilə bağlı videogörüntülər artıq məhkəmədə təqdim olunduğu üçün ictimaiyyətə açıqlanmasına hüquqi maneə yoxdur. Arzu hazırda ona Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham irəli sürüldüyünü desə də, özünü təqsirli bilmədiyini vurğulayıb. Sonda isə o, dövlətə və ədalətə güvəndiyini, yalnız həqiqətin ortaya çıxmasını istədiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl tanınmış tiktokerin Mərdəkanda qəza törətməsi barədə xəbərlər yayılmışdı.  

Избранный
84
Ajans.az

1Источники