RU

"Sabah" bombardirlə yeni müqavilə imzaladı

“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, futbolçu ilə bağlanmış yeni müqavilənin müddəti 2 ildir.

Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.

Ruanda millisinin də üzvü olan futbolçu “Sabah” forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Misli Premyer Liqasının 2025/26 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.

saytlarin hazirlanmasi

Избранный
46
17
sportal.az

10Источники