RU

Mauritsio Sarri “Latsio”nu tərk etdi – ARENA.AZ

İtaliyanın “Latsio” klubu əsas komandanın baş məşqçisi Mauritsio Sarri və onun məşqçilər korpusu ilə yollarını ayırdığını bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub mütəxəssisə və onun həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sarrinin bundan sonra “Atalanta”nı çalışdıracağı ilə bağlı xəbərlər yayılıb. Onun adı “Napoli” ilə də birgə hallanırdı.

Xatırladaq ki, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, “Latsio” 54 xal toplayaraq İtaliya A Seriyasının turnir cədvəlində 9-cu yeri tutub.

Mauritsio Sarri 2025-ci ilin iyun ayında yenidən “Latsio”ya qayıtmışdı. 66 yaşlı mütəxəssisin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Geridə qalmış mövsümdə bu komanda onun rəhbərliyi altında 43 oyun keçirib, 17 qələbə, 13 heç-heçə, 13 məğlubiyyət görüb.

Sarri 2021-ci ilin iyun ayından 2024-cü ilin martına kimi də “Latsio”ya rəhbərlik edib. O, həmin dövrdə bu komandanı 137 oyuna çıxarmış, 65 qələbə, 30 heç-heçə və 42 məğlubiyyət görmüşdü.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
21
7
arena.az

10Источники