RU

Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb

BAKI, 28 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkədə keçiriləcək parlament seçkilərində dəstəklədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Amerika lideri “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada Paşinyanı “ölkəsini güclü, zəngin və təhlükəsiz edən möhtəşəm dost və lider” adlandırıb.

“Nikol Ermənistanın və bütün Cənubi Qafqazın sülh və rifahı ilə bağlı baxışlarımı tam şəkildə bölüşür”, - Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, dövlət katibi Marko Rubio daha əvvəl Ermənistana səfər edərək iki ölkə üçün mühüm əhəmiyyət daşıyan bir sıra razılaşmalar üzrə irəliləyişin təmin olunmasına çalışıb.

Tramp əlavə edib ki, ABŞ və Ermənistan yaxın vaxtlarda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayacaq. Onun sözlərinə görə, bu layihə Cənubi Qafqazı dəyişdirəcək və Amerika enerji şirkətlərinə regionun resurslarına çıxış imkanı yaradacaq.

“Bu səbəbdən mən 2026-cı il iyunun 7-də Nikolun yenidən seçilməsini tam və qeyd-şərtsiz dəstəkləyirəm”, - ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak üçün ölkənin Mərkəzi Seçki Komissiyasına 19 siyasi qüvvə müraciət edib.

Избранный
94
10
teleqraf.com

10Источники