RU

Rumıniya XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

BAKI, 28 may. TELEQRAF

Rumıniya Azərbaycan ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı dərinləşdirməkdə qərarlıdır.

Teleqraf xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu sosial şəbəkə hesabında bildirib.

O, Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək arzularını çatdırıb:

"Rumıniya güclü ikitərəfli Strateji Tərəfdaşlığı bir daha təsdiqləyir və bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsinə tam sadiq qalır. "Yaşıl enerji" dəhlizi və "Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu" layihələri regional bağlılığın genişləndirilməsinə strateji töhfədir".

Избранный
56
50
teleqraf.com

10Источники