RU

Seneqal millisinin baş məşqçisi mundialı boykot edir? Federasiya bəyanat yaydı

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Seneqal Futbol Federasiyası (FSF) milli komandanın baş məşqçisi Papa Tiyau ilə bağlı şayiələr fonunda açıqlama yayıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiya rəsmi saytında məlumat paylaşıb.

Daha əvvəl mediada 45 yaşlı məşqçinin fevral ayından bəri rəsmi müqaviləsiz işlədiyi üçün qarşıdan gələn dünya çempionatına səfərini ləğv etməklə hədələdiyi iddia edilmişdi:

"Seneqal Futbol Federasiyası milli komandanın baş məşqçisinin müqaviləsinin yenidən müzakirəsi ilə bağlı məsələlərə görə səfərini ləğv etdiyinə dair əsassız şayiələri qəti şəkildə təkzib edir.

Milli komandanın ABŞ-a yola düşməsi yalnız inzibati və logistik səbəblərə görə təxirə salınıb: xüsusi uçuş üçün lisenziya almaqda gecikmə və bəzi işçilər üçün viza prosesinin başa çatması.

Kiçik logistik gecikmələr oyunçuların, məşqçi heyətinin və federasiyanın komanda ruhuna və əhval-ruhiyyəsinə təsir etməyib", - deyə FSF-nin bəyanatında bildirilir.

Qeyd edək ki, Seneqal millisi ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ın qrup mərhələsində Fransa, Norveç və İraqla qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
sport24.az

1Источники