RU

İsveç Ukraynaya "Gripen" qırıcılarından ibarət eskadrilya verəcək - YENİLƏNİB

İsveç Ukraynaya ilk 16 "Gripen" qırıcısını verəcək.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu elan Ukrayna ilə İsveç arasında müdafiə əməkdaşlığının dərinləşdirilməsinə dair bəyannamənin imzalanması zamanı edilib.

Məlumata görə, söhbət "JAS 39 Gripen C/D" modifikasiyalarından gedir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İsveçin yeni yardım paketindən 2 milyard avrodan çox məbləğ məhz silahlarla birlikdə təyyarələrə yönəldiləcək.

"Növbəti 10 ay ərzində ilk "Gripen"ləri almağı planlaşdırırıq. Söhbət məhz Ukrayna üçün "Gripen" eskadrilyasından gedir", - Zelenski qeyd edib.

O həmçinin qeyd edib ki, Ukrayna E seriyalı 22 yeni "Gripen" qırıcısı almaq niyyətindədir və onların tədarükü 2030-cu ilə qədər həyata keçirilə bilər.

Ukrayna və İsveç böyük müdafiə yardımı paketi və "Gripen" qırıcıları barədə qərar hazırlayır.

"Far.Az"un məlumatına görə, bu barədə İsveçə işgüzar səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Biz Ukrayna üçün böyük müdafiə yardımı paketi və döyüş aviasiyamızı mütləq daha effektiv edəcək Gripen qırıcıları ilə bağlı qətiyyətli addım hazırlayırıq", - o qeyd edib.

Bununla yanaşı Zelenski əlavə edib ki, bu gün İsveç baş naziri Ulf Kristersson, həmçinin nümayəndə heyəti formatında İsveç müdafiə sənayesinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Избранный
46
3
far.az

5Источники