Buradakı qanunlardan xəbərsiz olan Anar Vüsalın bu sözlərinə inanaraq ondan kömək istəyib. Artıq planı işə keçən Vüsal bu məsələni çətin də olsa həll edə biləcəyini deyib. O, əvvəlcə girişə qoyulan qadağanın aradan qaldırılması üçün Anardan 8 min manat alıb və pulu guya hüquq-mühafizə orqanlarında çalışan tanışına verəcəyini bildirib. Bir müddət sonra Bakıya gələn Anar aldadıldığını başa düşüb. Belə ki, homoseksual olduğu üçün onun barəsində heç bir məhdudiyyət və ya məsuliyyət nəzərdə tutulmadığını öyrənib. Bundan sonra onun şikayəti ilə Vüsal cinayət məsuliyyətinə cəlb olunub. O, həbs edilməmək üçün 8 min manatı tam geri qaytarıb. Zərər ödənildiyi üçün məhkəmə yekunda cinayət işinə xitam verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта