RU

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

Cəlilabad, 28 may, AZƏRTAC

Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

Избранный
31
7
azertag.az

9Источники