sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Zirə" sabiq futbolçusu Salifu Suma karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçu agentlər vasitəsilə Premyer Liqanın aparıcı klublarına təklif olunur.Qvineyalı forvard son olaraq icarə əsasında Polşanın "Radomyak" klubunun formasını geyinib. Lakin Ekstraklasa təmsilçisi futbolçunun transfer hüquqlarını almaqda maraqlı olmadığını bildirib.Belə olan halda Suma müqavilə ilə məxsus olduğu "Malmö" klubuna qayıtmalıdır. Ancaq isveçlilərin də hücumçunu gələcək planlarına daxil etmədiyi qeyd olunur.Bu səbəbdən afrikalı futbolçunun yenidən icarəyə göndərilməsi variantı gündəmdədir və oyunçu Azərbaycan klublarına təklif edilir.Qeyd edək ki, Salifu Suma 2023-2025-ci illərdə "Zirə"də çıxış edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.