RU

Premyer Liqa klubumuz braziliyalı futbolçunun maaşını artırmadı, oyunçu ölkəni tərk etdi 

“İmişli” braziliyalı futbolçu Rafael Vieqaşı komandada saxlamaq istəyib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik oyunçuya ötən yay olduğu kimi yenə də, eyni şərtlərlə yeni müqavilə təklif edib. Ancaq müdafiəçi bunu bəyənməyib.

O, maaşının artırılmasını tələb edib. Rəhbərlik isə futbolçunun əməkhaqqısını artırmaq niyyətində olmadığını bildirib.

Bu səbəbdən də tərəflər razılaşa bilməyiblər. Braziliyalı futbolçu komanda ilə vidalaşaraq artıq ölkəmizdən ayrılıb.

Xatırladaq ki, 32 yaşlı müdafiəçi mövsümün əvvəlində komandaya qoşulub. O, “İmişli” forması ilə 29 matçda çıxış edib və 1 qol vurub.

Избранный
82
idmanxeber.az

1Источники