RU

Ağcaqanad dişləməsi hansı halda ölümcül olur?

Yay aylarında ağcaqanad dişləmələri insanların ən çox qarşılaşdığı problemlərdən biridir. Əksər hallarda qaşınma və yüngül şişkinliklə müşahidə olunan bu hallar bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.

 

Ölkə.az baku.ws-ə istinadən xəbər verir ki, adi ağcaqanad dişləməsi birbaşa ölümcül hesab olunmasa da, nadir hallarda təhlükəli nəticələr yarada bilir.

Risk əsasən güclü allergik reaksiyalar və ya ağcaqanadların daşıdığı yoluxucu xəstəliklərlə bağlıdır.

Həkimlər bildirirlər ki, bəzi insanlarda dişləmədən sonra anafilaktik şok adlanan ağır allergik reaksiya yarana bilər. Bu zaman nəfəs darlığı, boğazda şişkinlik, təzyiqin düşməsi və huşun itməsi kimi əlamətlər müşahidə olunur.

Bundan başqa, ağcaqanadlar müxtəlif xəstəliklərin daşıyıcısı ola bilir. Dünyanın bəzi bölgələrində malyariya, Qərbi Nil qızdırması kimi infeksiyalar ağcaqanadlar vasitəsilə yayılır.

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda ağcaqanad dişləmələrinin böyük əksəriyyəti ciddi təhlükə yaratmır. Əsas simptomlar qaşınma, qızartı və yüngül şişkinlik olur.

Bununla belə, dişləmədən sonra yüksək hərarət, güclü şişkinlik, nəfəs almaqda çətinlik və ya bədəndə geniş səpki yaranarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Избранный
3
12
olke.az

10Источники