Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq.
Rumıniya mediasının xəbərinə görə, bunu ölkə prezidenti Nikusor Dan deyib.
O, rusiyalı konsulun “arzuolunmaz şəxs” elan edildiyini bildirib.
Dan Rusiyanın Rumıniya ərazisinə dron hücumunu şərh edərkən bildirib ki, insidentlə bağlı bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, hücumda istifadə olunan Rusiyanın “Geran-2” tipli dronu olub.
“Biz trayektoriyanı da, onun Ukraynada haradan keçdiyini də, Rumıniyaya haradan daxil olduğunu da bilirik. Bu dron Rusiyanın 43 drondan ibarət hücum dəstəsinin bir hissəsi idi və onlardan sadəcə biri Rumıniya ərazisinə çatıb”, - prezident bildirib.
Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar var.(APA)
Demokrat.az
10Источники
-
musavat.comRusiya neft emalında 16 il geriyə düşdü – Ukrayna zərbələrinin təsiri ağır oldu ( 29117368)
-
moderator.azRusiyanın 15 neft zavoduna zərbələr endirilib - Zelenski ( 29116966)
-
bakivaxti.azRusiyanın 15 neft zavoduna zərbələr endirilib - Zelenski ( 29116789)
-
teleqraf.comZelenski: Müdafiə qüvvələri Rusiyanın 15 neft emalı zavoduna zərbələr endirib ( 29115490)
-
afn.azRusiya aviasiya yanacağının ixracını dayandırdı ( 29100115)
-
herbiand.azRusiya dekabra qədər təyyarə yanacağının ixracını dayandırdı ( 29098363)
-
sia.azRusiya təyyarə yanacağının ixracını 30 noyabra qədər qadağan etdi ( 29092348)
-
banco.azRusiya aviasiya yanacağının ixracına qadağa qoyub ( 29090929)
-
banco.azRusiya aviasiya yanacağının ixracına qadağa qoyub ( 29090917)
-
publika.azABŞ-nin strateji neft ehtiyatları kəskin şəkildə azaldı ( 29079913)