RU

Belarus müxalifətçisinin oğlunu Kiyevdə niyə saxlayıblar?

Belarus müxalifətinin lideri Svetlana Tixonovskayanın Ukraynadakı nümayəndəsinin ailəsi ətrafında qalmaqallı hadisə baş verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tixanovskayanın Ukraynadakı nümayəndəsi Svetlana Şatilinanın oğlu, İrpen şəhər şurasının deputatı Nikita Şatilin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. 

Məlumata görə, saxlanılma səfərbərlikdən yayınma sxemlərinin təşkili ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Bu məlumatı Svetlana Şatilina özü də təsdiqləyib.


Picture

Ukrayna mediasında yer alan xəbərlərdə iddia olunur ki, müəyyən sxemlər vasitəsilə ölkə vətəndaşlarına 6 min dollardan 25 min dollara qədər məbləğ qarşılığında ya saxta tibbi arayışlar hazırlanır, ya da onların sərhəd-keçid məntəqələrindən kənar yollarla ölkədən çıxışı təşkil edilirdi.

Diqqətçəkən məqamlardan biri odur ki, Nikita Şatilin əvvəllər Ukrayna Təhlükəsizlik Xidmətində çalışıb. Həmçinin 2024-cü il maliyyə bəyannaməsində 100 min dollar məbləğində nağd vəsait saxladığını göstərdiyi bildirilir. Məqalədə ailə ilə bağlı başqa qalmaqallı detal da qeyd olunur. Nikitanın atası Andrey Şatilin daha əvvəl Qostomel meri ilə bağlı korrupsiya işində rüşvət vermə ittihamı üzrə məhkum edilib.

Saxlanılmanın vaxtı da diqqət çəkib. Ukrayna mediası hadisənin Svetlana Tixanovskayanın Kiyevə səfərindən dərhal sonra baş verdiyini xüsusi vurğulayır. Bununla belə, hazırda saxlanılma ilə həmin səfər arasında hər hansı birbaşa əlaqənin olub-olmaması barədə rəsmi açıqlama verilməyib.

Musavat.com

Избранный
17
musavat.com

1Источники