RU

Azərbaycan millisi İtaliyaya qalib gəldi, pley offa vəsiqə qazandı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycan millisi İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxıb. 

QOL.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.

Azərbaycan yığması ilk turda Avstriyanı üstələmişdi. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib. Beləliklə, Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib.

Qeyd edək ki,  yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
3
qol.az

4Источники