RU

Putindən Ermənistana XƏBƏRDARLIQ - SON DƏQİQƏ AÇIQLAMASI (VİDEO)

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxaraq Avropa İttifaqı standartlarına keçid etməsinin ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Astanada keçirilən AİB sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, əgər İrəvan bu yolu seçərsə, Moskva inteqrasiya prosesləri çərçivəsində Ermənistanla iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur qalacaq.

Onun sözlərinə görə, bu halda Rusiya ilə Ermənistan arasında AİB çərçivəsində qurulan iqtisadi əlaqələrin böyük hissəsi dayandırıla bilər.

 

Qeyd edək ki, son aylarda Ermənistanın Avropa İttifaqı ilə münasibətləri sürətlə inkişaf edir. Rusiya isə dəfələrlə bəyan edib ki, AİB və Aİ kimi iki fərqli inteqrasiya məkanında tamhüquqlu iştirakın eyni vaxtda mümkün olmadığını düşünür.

Musavat.com

Избранный
69
42
musavat.com

10Источники