Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Rayo Valyekano” klubu əsas komandanın baş məşqçisi İnyiqo Pereslə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi müqaviləsinin müddəti bu ilin yayında bitəcək mütəxəssislə yeni sözləşməyə ehtiyac duymayıb. Tərəflər bu üzdən vidalaşmağa qərar veriblər.
Xatırladaq ki, İnyiqo Peres 2024-cü ilin fevral ayından “Rayo Valyekano”ya rəhbərlik edirdi. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında indiyə qədər 113 oyuna çıxıb, 44 qələbə, 33 heç-heçə, 36 məğlubiyyət görüb.
La Liqa təmsilçisi geridə qalmış 2025/2026-cı illər mövsümündə 50 xalla 8-ci yeri tutub və avrokuboklardan kənarda qalıb. Halbuki, İnyiqo Peres bu mövsüm komandanı həm də Avropa Konfrans Liqasının finalına çıxarmağı bacarmışdı. Lakin İspaniya təmsilçisi həlledici oyunda İngiltərənin “Kristal Pelas” komandasına uduzmuşdu.
İnyiqo Peresin yeni mövsümdən “Vilyarreal”ı çalışdırması gözlənilir. O, bu postda Marselinyo Qarsiya Toralı əvəz edəcək.
