RU

Ən gözəl qadınların yaşadığı ölkələrin adı açıqlanıb

Kolumbiyalılar 2026-cı ildə planetin ən gözəl qadınlarının illik “Dünya əhali icmalı” (World Population Review) reytinqini qazanıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, polşalı qadınlar ikinci, yunanıstanlı qadınlar isə üçüncü yeri tutublar.

Bildirilir ki, “Dünya əhali icmalı” hesabatı 2025-ci ildə dərc olunmuş müxtəlif reytinqlərə əsaslanır. Bəzi reytinqlər "Kainat gözəli", "Dünya gözəli", "Planet gözəli", "Miss international" və "Miss Supranational" da daxil olmaqla beynəlxalq gözəllik müsabiqələrində qalib gəlmiş qadınların sayına əsaslanır.

Bundan başqa, reytinq cədvəli tərtib olunarkən, gözəllik sənayesi mütəxəssislərinin fikirlərinə əsaslanıb.

World Population Review həmçinin ictimai rəyi öyrənmək üçün Reddit istifadəçilərinin səslərinə əsaslanan reytinq tərtib edib. Kolumbiya bu reytinqdə qalib gəlib. "Latın Amerikası qadınları gözəllikləri ilə dünyada məşhurdurlar. Məsələn, Kolumbiya dünyaya Şakira və Sofiya Verqara kimi dünyaca məşhur gözəlləri bəxş edib", - deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Seçicilər Rusiyanı dördüncü yerə qoyublar. World Population Review analitikləri rus modellərinin müntəzəm olaraq “Vogue” üçün çəkilişlər etdiyini və qlobal moda nümayişlərində iştirak etdiyini qeyd ediblər.

İstifadəçilər Rusiyadan sonra Çexiyanı, sonra İsveçi və İslandiyanı sıralayıblar. İlk 10-luğu amerikalı, braziliyalı və yaponiyalı qadınlar tamamlayır.

Tayland, Norveç, İtaliya, Fransa və Almaniya respondentlərdən ən aşağı bal toplayıblar. Reddit istifadəçiləri Venesuela, Albaniya, İspaniya, Cənubi Koreya və Türkiyədən olan qadınları “ən çirkin” adlandırıblar.

Musavat.com

Избранный
37
musavat.com

1Источники