Azərbaycanın bir sıra dövlət qurumlarında qadın əməkdaşların sayı kişiləri üstələyir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il hesabatına əsasən, bəzi təşkilatlarda qadınların payı hətta 70 faizi keçib.
Statistik göstəricilər qadınların üstünlük təşkil etdiyi qurumların fərqli sahələri əhatə etdiyini göstərir. Məsələn, Dövlət Reklam Agentliyində kollektivin 73 faizi, Milli Arxiv İdarəsində isə 72 faizi qadınlardan ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST mərkəzləri və TƏBİB kimi sosial yönümlü strukturlarda da qadın işçilər çoxluqdadır.
| Qurum | Qadınların payı (%) | Kişilərin payı (%) |
| Dövlət Reklam Agentliyi | 73% | 27% |
| Milli Arxiv İdarəsi | 72% | 28% |
| Əqli Mülkiyyət Agentliyi | 70% | 30% |
| AZAL (Bələdçilər) | 64% | 36% |
| Səhiyyə Nazirliyi Aparatı | 61% | 39% |
| AMEA (Ümumi say) | 67% | 33% |
| TƏBİB | 55% | 45% |
Qeyd edək ki, Energetika Nazirliyində tam gender bərabərliyi qeydə alınıb. Burada çalışanların 50 faizi qadın, 50 faizi isə kişidir. AZAL-da isə bələdçi peşəsi üzrə qadınların çəkisi 64 faiz təşkil edir.
Demokrat.az