RU

Qurban bayramı ilə bağlı statusuna görə tənqid etdilər

Türkiyənin "Avroviziya"dakı ilk təmsilçisi olan tanınmış müğənni Semiha Yankının Qurban bayramı ilə bağlı paylaşımı sosial mediada səs-küyə səbəb olub. Sənətçi bayramı qeyd etmədiyini açıq şəkildə ifadə edərək izləyicilərini iki hissəyə bölüb.

"Seninle Bir Dakika" mahnısı ilə yaddaşlarda qalan əfsanəvi ifaçı öz sosial şəbəkə hesabında "Bu bayram mənim bayramım deyil, ona görə də təbrik etmirəm" sözlərini yazıb. Bu fikirlərinə görə tənqid atəşinə tutulan Yankı geri addım atmayaraq, heç kimi sevməyə məcbur olmadığını və hər kəsin seçiminə hörmət edilməli olduğunu bildirib.

1975-ci ildə Türkiyəni beynəlxalq müsabiqədə ilk dəfə təmsil edən 17 yaşlı gənc qız kimi tarixə düşən ulduz, indi də bu kəskin çıxışı ilə gündəmin əsas mövzusuna çevrilib.//Demokrat.az

Избранный
12
2
musavat.com

3Источники