BAKI, 30 may. TELEQRAF
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana məxsus təxminən 1 milyard dollar dəyərində kriptovalyutanı blokladığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Reyqan İqtisadi Forumunda çıxışı zamanı danışıb.
"Zənnimcə, biz onların təxminən 1 milyard dollar dəyərində kriptovalyutasını müsadirə etmişik", - deyə ABŞ maliyyə naziri qeyd edib.
Bessent müsadirə edilən vəsaitin detalları və əməliyyatın hansı müddətdə həyata keçirildiyi barədə əlavə məlumat verməyib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Oman körfəzində İrana məxsus tankeri saxladığı barədə məlumat yayılmışdı.