Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.
PUA-nın sərhədi Ukrayna ərazisindən keçdiyi bildirilir. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.