RU

Əsəd Musazadə narkotik və “Makarov”la yaxalandı

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.

 

Qeyd olunub ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.

 

Onda narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

Araşdırma aparılır.


Избранный
18
8
senzor.az

10Источники