RU

Pentaqon rəsmisi: "Biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik"

"Azərbaycan dünyanın çox mürəkkəb bir hissəsində yerləşir. Maraqlıdır ki, ölkə həm Türkiyə, həm də İsrail ilə güclü münasibətlərə malikdir. Bütün bu səbəblərə görə biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik".

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müharibə katibinin köməkçisinin müavini Endryu Lumis Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda deyib.

O bildirib ki, bu səbəbdən ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Pentaqon rəsmisinin sözlərinə görə, müdafiə sahəsində əlaqələr yeni deyil və tarixi əhəmiyyətə malikdir.

Избранный
23
6
aznews.az

10Источники