RU

Həkim Günay Rəhimovadan jurnalist Səidə Bəkirqızına sərt cavab

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Jurnalist Səidə Bəkirqızının uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, həkim Günay Rəhimova məsələ ilə bağlı paylaşım edərək jurnalisti sərt şəkildə tənqid edib.

O, paylaşımında bildirib ki, insanların, xüsusilə də uşaq pulu tələb edən şəxslərin təhqir olunması yolverilməzdir:

“İnsan maksimum üç ay, beş ay, uzağı bir il özünü ağıllı, dərin və mənalı göstərə bilər. Sonra içindəki boşluq ya cümlələrdən, ya da hərəkətlərdən üzə çıxır. Türklərin bir sözü var: ‘Kalite asla tesadüf deyil’.”

Günay Rəhimova əlavə edib ki, insanları təhqir etməyə görə məsuliyyət nəzərdə tutulmalıdır və hər kəs ictimai çıxışlarında daha diqqətli olmalıdır.

Qeyd edək ki, Səidə Bəkirqızının uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb və müxtəlif reaksiyalara səbəb olub.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
1
icma.az

2Источники