RU

Cennifer Lopezdən şok etiraf: "Tək olmaq fantastikdir"

Müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatı və boşanmadan sonrakı dövr barədə danışıb.

Publika.az xəbər verir ki, Cimmi Kimmelə verdiyi müsahibədə hazırda subay olduğunu təsdiqləyən ulduz keçmiş münasibətləri ilə bağlı maraqlı etiraflar edib.

"Mən bunu daha əvvəl etməli idim. Mən hər şeyi səhv etmişəm! İnanın mənə, hər şeyi yanlış görmüşəm", - deyə Lopez keçmiş münasibətlərinə işarə edib.

Aparıcının onu "Xolostyak" (The Bachelor) şousunda iştirak edib yeni tərəfdaş tapmağa dəvət etməsinə isə aktrisa zarafatla cavab verib:

"Siz dəli olmusunuz? İndi hiss etdiyim bu rahatlığı korlamaq istəmirəm. Öz-özlüyündə tək olmaq fantastikdir".

Избранный
17
publika.az

1Источники