ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey. Di. Vensin onun xələfi roluna uyğun gəldiyinə əmin deyil.Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Times" (NYT) qəzeti məlumat yayıb.Nəşrin məlumatına görə, Tramp müntəzəm olaraq həm Vens, həm də dövlət katibi Marko Rubio barədə rəyləri soruşur. Mayın əvvəlində o, tədbirlərdən birində qonaqlardan bu iki nəfərdən hansının prezident postuna daha yaxşı namizəd olacağını xəbər alıb.NYT-nin yazdığına görə, Tramp özü onlardan heç birini dəstəkləmədiyini bildirib.Qeyd olunur ki, Ağ Evin rəhbəri tez-tez Vensin işini öz nailiyyətləri ilə müqayisə edir. Tramp tərəfdarlarına dəfələrlə deyib ki, Vens onun köməyi olmadan heç vaxt çətin seçkilərdə qalib gəlməyib. O, həmçinin Vensin vitse-prezident kimi neçə dəfə məzuniyyətə çıxdığını da qeyd edib.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.