RU

Onları hərbi xidmətə aparmayacaqlar — Proses başladı

Ölkə başçısının sərəncamına əsasən, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək.

Demokrat.az xəbər verir ki, bir çox çağırışçıları hansı dərəcəli yastıpəncəliyin hərbi xidmətə yararlı olduğu maraqlandırır.

Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə uyğun olaraq 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab edilir.

Yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər orduya çağırılmır, hərbi xidmətə yararsız hesab olunurlar.(modern.az)
Избранный
8
14
gender.az

10Источники