RU

Moskvada Rusiya Ədliyyə Nazirliyinin binasına bomba qoymaq istəyən şəxs həbs edilib

BAKI, 30 may. TELEQRAF

Moskva məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin binasına bomba qoymağa cəhd edən Vitali Larin adlı şəxsin barəsində həbs qətimkan tədbiri seçib.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

"Moskvanın Basmannı Rayon Məhkəməsinin qərarı ilə Vitali Vladimiroviç Larin barəsində 29 iyul 2026-cı ilə qədər həbs qətimkan tədbiri seçilib" - məlumatda qeyd olunur.

Hadisənin detalları açıqlanmır.

Избранный
53
3
teleqraf.com

4Источники