RU

Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq

"Ananas və qreypfrut şirələri alkoqolun orqanizmə mənfi təsirini gücləndirir".


Bu barədə rusiyalı həkim-narkoloq Daniil Petrov Gazeta.ru nəşrinə müsahibəsində danışıb.


"Bəzi sitrus meyvələri, xüsusən qreypfrut qaraciyərin və bağırsaqların ferment sistemlərinə təsir göstərə bilər. Qreypfrutda alkoqol və bir çox dərman preparatları da daxil olmaqla, müxtəlif maddələrin emalında iştirak edən bir neçə fermentin aktivliyinin qarşısını alan maddələr var. Buna görə də bəzi toksik (zəhərli) metabolik məhsullar orqanizmdə daha uzun müddət dövr edə bilər. İlk növbədə söhbət asetaldehiddən gedir ki, bu, etanolun toksik parçalanma məhsuludur və alkoqolun qaraciyərə, qan damarlarına və sinir sisteminə zərərli təsirinə cavab verir. Əgər metabolik proseslər yavaşlayarsa, orqanizmə toksik yüklənmə potensial olaraq artır", - deyə Daniil Petrov bildirib.


Şirin şirələr, o cümlədən də ananas şirəsi eyni şəkildə dolayı yolla alkoqolun mənfi təsirini artıra bilər.


"Birincisi, onlar alkoqolun dadını maskalayır və insan çox vaxt nəzərdə tutduğundan daha çox içir. İkincisi, qaraciyər eyni zamanda həm alkoqolun emalında, həm də karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak etməli olur. Bu, əlavə metabolik yüklənmə yaradır. Lakin burada mifologiyaya çox fikir verməmək vacibdir. Ananas və ya qreypfrut şirəsinin sağlam insanda qaraciyərə özlüyündə hansısa ayrıca "ikiqat zərbə" yaratdığına dair heç bir dəlil yoxdur. Əsas zərər verən amil yenə də alkoqolun özü və onun miqdarıdır", - deyə həkim qeyd edib./Oxu.az

Tarix: 31 May 2026, 07:14   
Избранный
51
1
pravda.az

2Источники