RU

Tramp İranla danışıqların gedişatını belə qiymətləndirdi

ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində İranla aparılan danışıqların ləng getdiyini bildirib.

Publika.az xəbər verir ki, o, hədəflərinə doğru yavaş addımlarla irəlilədiklərini qeyd edib. Tramp bu gecikməni İran tərəfinin çətin xarakterli olması ilə izah edib.

Prezidentin sözlərinə görə, İran artıq yalnız nüvə silahı yaratmaqdan deyil, həm də onu satın almaqdan imtina etməyə razılıq verib. O, əvvəlcə razılaşmanın yalnız istehsala aid olduğunu, lakin öz təşəbbüsü ilə "satınalma" məsələsinin də sənədə daxil edildiyini vurğulayıb.

Digər tərəfdən, mayın 29-da İranın "Tasnim" agentliyi razılaşma layihəsinin hələ də yekunlaşmadığını və sənəddə dəyişikliklər edildiyini xəbər verib.

Избранный
7
33
publika.az

10Источники