RU

Alimlər ilk övlad üçün ideal yaş dövrünü açıqladı

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Kanadanın University of New Brunswick alimləri valideyn olmaq üçün ən uyğun yaşı müəyyən ediblər.Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma çərçivəsində 6 mindən çox insanın həyat yolu təhlil olunub. Nəticələr "PLOS One" jurnalında dərc edilib.Tədqiqata əsasən, ailədə ilk övladın dünyaya gəlməsi üçün ən münasib yaş 26-31 aralığı hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu dövrdə valideyn olan şəxslər həm sağlamlıq, həm də maliyyə sabitliyi baxımından daha əlverişli vəziyyətdə olurlar.Araşdırmada xüsusilə 29 yaş “qızıl orta” kimi qiymətləndirilib. Alimlərin fikrincə, bu yaşda valideyn olan insanlar fiziki və iqtisadi göstəricilər üzrə digər yaş qruplarını üstələyirlər.Mütəxəssislər qeyd edirlər ki, 25 yaşdan əvvəl valideyn olmaq bəzi hallarda təhsilin yarımçıq qalmasına və gələcək gəlirlərin azalmasına səbəb ola bilər. Həmçinin karyera quruculuğunun aktiv mərhələsində uşaq sahibi olmaq şəxsi və peşəkar imkanları müəyyən qədər məhdudlaşdıra bilər.Bununla yanaşı, araşdırma maraqlı bir məqamı da ortaya çıxarıb. Belə ki, valideyn olma yaşı insanların ümumi həyat məmnuniyyətinə ciddi təsir göstərmir. Yəni insanlar hansı yaşda valideyn olmalarından asılı olmayaraq, həyatlarından təxminən eyni dərəcədə razı qalırlar.Alimlər hesab edirlər ki, erkən yaşda valideyn olanların uğur qazanması üçün güclü sosial və ailə dəstəyinin olması mühüm rol oynayır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
1
demokrat.az

2Источники