RU

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti casusluq ittihamı ilə daha bir nəfəri həbs edib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən jurnalist İrakli Çixladze casusluq ittihamı ilə həbs edilib.

"Ölkə.az" xəbər verir ki, İrakli Çixladze Qafqaz İnsan Hüquqları İnstitutunun təsisçisi və direktorudur.

Saxlanılan şəxs ölkəsinin maraqlarına zidd olaraq, jurnalist, ekspert və digər peşəkar dairələrdə şəxsi əlaqələrdən istifadə edərək, xarici kəşfiyyat xidmətlərinin maraqlarına uyğun olaraq, sistematik olaraq kəşfiyyat məlumatları toplayıb onlara ötürüb.

Məlumata görə, saxlanılan şəxsin ötürdüyü məlumatlar arasında Gürcüstanda və qonşu ölkələrdə gedən proseslər barədə məlumatlar da olub.

Gürcüstan Baş Prokurorluğun qeyd edib ki, o, onlayn platforma adı altında kəşfiyyat şəbəkəsini idarə edir və kəşfiyyat xidmətlərindən əldə edilən vəsaitləri şəbəkə üzvləri arasında bölüşdürürmüş.

Bundan əlavə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti əvvəllər Avrasiya İnstitutunun təsisçisi Gülbaat Rtsxiladzeni casusluq ittihamı ilə həbs etmişdi.

Elvin

Ölkə.az

Избранный
22
olke.az

1Источники