ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası ilə digər dövlətlər arasındakı ikitərəfli müqavilələrə əsasən, vətəndaşlarımız bir çox ölkəyə viza almadan səfər edə bilərlər. Mövcud qaydalara görə, vizasız gediş-gəliş rejimi həm ikitərəfli, həm də bəzi ölkələr tərəfindən birtərəfli qaydada tətbiq olunur.Demokrat.az rəsmi məlumatlara istinadən ümumvətəndaş pasportuna malik şəxslər üçün vizasız rejimin tətbiq edildiyi ölkələri təqdim edir.
İkitərəfli qaydada vizasız rejim tətbiq olunan ölkələr:Aşağıdakı dövlətlərə ümumvətəndaş pasportu ilə müəyyən olunmuş müddətdə vizasız getmək mümkündür:90 günlük müddət: Türkiyə, Rusiya (təqvim ili ərzində), Gürcüstan, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Albaniya, Mərakeş, Maldiv adaları.30 günlük müddət: Qətər, Çin (hər 180 gün ərzində ümumilikdə 90 günü aşmamaq şərtilə).Birtərəfli qaydada vizasız rejim tətbiq edən ölkələr:Bəzi dövlətlər Azərbaycan vətəndaşları üçün viza tələbini öz təşəbbüsləri ilə ləğv ediblər:Monteneqro, Bosniya və Herseqovina: 90 gün
Malayziya: 30 gün
İran: 15 günXüsusi qeydlər:Azərbaycan da öz növbəsində bir neçə ölkə üçün müvəqqəti vizasız rejim tətbiq edir. Məsələn, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn və Küveyt vətəndaşları 2027-ci ilin fevral ayınadək ölkəmizə hər girişdə 30 gün qalmaqla 3 dəfə vizasız gələ bilərlər.Səfər etməzdən əvvəl tranzit qaydalarını və gedəcəyiniz ölkənin daxili viza siyasətindəki mümkün dəyişiklikləri yoxlamağınız tövsiyə olunur.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.