RU

Goranboyda qəza nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"30.05.2026-cı il tarixində saat 22:20-də Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ qalça nahiyəsinin sirkə kasasının sınığı diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib", - deyə məlumatda qeyd olunub.

***

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (APA).

Избранный
26
redaktor.az

1Источники