ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Fiqurlu konkisürmə üzrə “Angels of Plushenko” akademiyasının bir aylıq beynəlxalq idman düşərgəsi başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib. Düşərgədə 12 ölkədən 60 idmançı iştirak edib.
Hazırlıq prosesinə Rusiya, Hindistan, Çin, Latviya, Niderland, İran, Ermənistan, İsveç, Qazaxıstan, Belarus, Azərbaycan və Bolqarıstandan olan idmançılar qatılıblar.
“Angels of Plushenko” akademiyası ikiqat Olimpiya çempionu Yevgeni Pluşenko tərəfindən yaradılıb.
Qeyd edək ki, Pluşenkonun oğlu Aleksandr idman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişib və növbəti beş il ərzində Azərbaycanı təmsil edəcək. Bunun üçün Beynəlxalq Konkisürmə İttifaqı (ISU) hələ ki, Aleksandr Plyuşenkoya beynəlxalq yarışlarda Azərbaycan milli komandası üçün yarışmaq üçün tələb olunan Clearance ISU sertifikatı verməyib.
İdman.Biz



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.