RU

​Həkimləri eşitmədi, səhnədə özündən getdi

Türkiyənin ulduz müğənnisi Haluk Leventin halı yenidən pisləşib. Metbuat.az xəbər verir ki, Tokat vilayətinin Ataköy qəsəbəsində səhnəyə çıxan müğənni qəfildən özünü pis hiss edib. Qurban bayramı münasibətilə təşkil edilən şənlikdə iştirak edən sənətçi pərəstişkarlarının gözü qarşisında yerə yıxılıb. İfasını davam etdirə bilməyən Haluk Levent dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, müğənniyə bir neçə gün əvvəl mədə qanaxması diaqnozu qoyulmuşdu. Həkimlər ona ən azı 15 gün ev şəraitində müalicə olunmağı və səhnədən uzaq qalmağı tövsiyə etmişdilər.

Избранный
62
metbuat.az

1Источники