RU

İran ABŞ ilə müqavilə layihəsini dəyişdirəcək

İran ABŞ ilə cari razılaşma layihəsinə dəyişikliklər edəcək və sənədin razılaşdırılması prosesi hələ başa çatmayıb.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, İran üçün əsas meyar məhz özünün qəbul edəcəyi layihədir və ABŞ-ın mətndə etdiyi düzəlişlərin İran tərəfindən avtomatik qəbul ediləcəyi mənasına gəlmir. Bununla yanaşı, Tehranın Vaşinqtonla qarşılıqlı anlaşmaya nail ola bilməyəcəyi təqdirdə, alternativ ssenarilərə də hazır olduğu bildirilir.

Mayın 29-da münaqişənin tənzimlənməsinə dair İran və ABŞ arasında razılaşma layihəsinin mətnində son bir neçə gün ərzində dəyişikliklər edildiyi və sənədin hələlik yekunlaşmadığı barədə məlumatlar yayılmışdı.

Избранный
46
publika.az

1Источники