RU

Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Süfrələrin imtinaedilməz qidalarından biri olan çörək doğru seçildiyi təqdirdə balanslı qidalanmanın əsas tərkib hissəsinə çevrilə bilir. Lakin yüksək qlisemik indeksə malik olan ağ çörək qan şəkərini sürətlə yüksəldərək aclıq hissini artıra bilir. Bu səbəbdən çəki itirmək və ya çəkisini qorumaq istəyənlərə tam taxıllı çörəklər daha çox tövsiyə olunur.

Milli.Az xəbər verir ki, dietoloqlar tərkibindəki qida dəyərləri və yüksək lif nisbətinə görə ağ çörəkdən fərqli olaraq buğda və kəpək çörəyi yeməyi məsləhət görürlər. Lakin aparılan araşdırmalara görə, nisbətən daha az istehlak edilən çovdar çörəyi dünyanın ən sağlam çörəyi seçilib.

Taxıl növləri arasında ən tünd rəngə, ən yüksək həll olunan pəhriz lifinə malik və ən doyumlu olan çovdarın insan orqanizminə faydaları olduqca çoxdur:

Bağırsaqların fəaliyyətini gücləndirir və kolesterol səviyyəsini aşağı salır.

Çörək növləri arasında ən aşağı qlisemik indeksə malik olanıdır.

İstehlak edən şəxslərdə saatlarla toğluq hissi yaradır, beləliklə digər qidalara olan ehtiyacı azaldaraq çəki artımının qarşısını alır.

İnsulin dirənci və diabet (şəkərli diabet) riskini əhəmiyyətli dərəcədə azaldır.

Çovdar çörəyi necə saxlanılmalıdır?

Çovdar çörəyinin təzə və ləzzətli qalması üçün saxlanma şəraitinə diqqət yetirilməlidir:

Çörəyi təzə saxlamaq üçün onun hava keçirməyən bir qabın daxilində saxlanılması ən ideal üsuldur.

Çörəyin nəmini itirməməsi üçün onu soyuducuda deyil, otaq temperaturunda saxlamaq lazımdir.

Çörək kəsildikdən sonra onun hava ilə təmasını kəsmək və bayatlamasını gecikdirmək üçün kəsilən səthi streç film ilə bükülməlidir.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
83
news.milli.az

1Источники