RU

Rubio Livan və İsrail liderləri ilə atəşkəsi müzakirə edib

BAKI, 1 iyun. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Livan və İsrail rəhbərliyi ilə yeni atəşkəs təşəbbüsü ətrafında danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, Rubio son 48 saat ərzində Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirib.

Bildirilib ki, Vaşinqtonun yeni təklifinin ilk mərhələsində "Hizbullah" hərəkatının İsrailə qarşı hücumları dayandırması nəzərdə tutulur.

Bunun müqabilində İsrailin Beyruta qarşı hərbi əməliyyatlardan çəkinəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (SAXAL) Livandakı quru əməliyyatlarının genişləndirilməsi barədə göstəriş vermişdi.

Həmçinin İsrail ordusunun Livandakı strateji əhəmiyyətli Bofor qalasına nəzarəti ələ keçirdiyi bildirilmişdi.

Избранный
50
6
teleqraf.com

7Источники