RU

Rusiya XİN Aİ ni Zaporojye AES ə zərbə ilə bağlı dolayı məsuliyyət daşımaqda ittiham edib

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Avropa İttifaqı Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) endirilən zərbəyə görə ən azı dolayı məsuliyyət daşıyır.

 Sherg.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar səfiri Rodion Miroşnik bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri və Kiyevə böyük həcmdə maliyyə yardımı ayıran dövlətlər tərəfindən hadisə ilə bağlı nə ciddi reaksiya, nə məhdudlaşdırıcı addımlar, nə də narahatlıq ifadə edən bəyanatlar səsləndirilib.

Miroşnik qeyd edib ki, bu səbəbdən Aİ Ukraynanı nüvə terrorizmi ilə həmsərhəd addımlardan çəkindirmək üçün heç bir tədbir görmədiyinə görə dolayı məsuliyyət daşıyır.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, son bir ay ərzində Kiyevin atom elektrik stansiyasının əsas mexanizmlərinə yaxınlaşmaq cəhdləri qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
sherg.az

1Источники