RU

Eksperimental xərçəng dərmanının sınaqları ümidverici nəticələr göstərib

“Amivantamab” adlı eksperimental xərçəng dərmanı bəzi xəstələrdə şişlərin tamamilə aradan qalxmasına səbəb olan ümidverici nəticələr göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, preparatın beynəlxalq klinik sınaqları 11 ölkədə aparılıb və xəstəliyi təkrarlanan və ya digər müalicə üsullarının nəticə vermədiyi xəstələrə tətbiq olunub.

Sınaqlar çərçivəsində dərman baş və boyun xərçəngi olan 102 xəstəyə vurulub. Nəticədə 43 xəstədə şişlərin kiçilməsi və ya tamamilə yox olması müşahidə edilib. Onlardan 28-də şişlər əhəmiyyətli dərəcədə kiçilib, 15 xəstədə isə tam remissiya qeydə alınıb.

Tədqiqatçıların sözlərinə görə, preparat ağciyər xərçəngi xəstələrində də oxşar nəticələr göstərib. Dərman həm şişin inkişafını stimullaşdıran EGFR zülalını, həm də MET siqnal yolunu bloklayır, eyni zamanda immun sistemini aktivləşdirərək xərçəng hüceyrələrinə qarşı mübarizəni gücləndirir.

Mütəxəssislərin fikrincə, bu nəticələr həm kimyaterapiyaya, həm də immunoterapiyaya davamlı xəstələr üçün xüsusilə ümidvericidir.

Избранный
5
4
azerbaijan-news.az

10Источники