RU

Göz görə görə qayda pozan sürücü səhvini boynundan atdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mikayıl Müşfiq küçəsində (Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısında) qeydə alınıb. Belə ki, 77-DN-471 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edən zaman qarşısında avtomobillərin dayandığını görüb. Bu zaman o, güzgüyə baxmadan sol zolağa keçərkən görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü irad bildirdikdə isə o, səhvini anlayıb üzr istəmək əvəzinə, "sən məni sıxışdırırsan" deyərək özünə haqq qazandırıb.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
21
avtosfer.az

10Источники