RU

İsrail ABŞ-dan bu ölkəyə genişmiqyaslı hücumlar üçün icazə istəyib

İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarını genişləndirmək üçün Vaşinqtonun təsdiqini istəyirlər.

Ölkə.az xəbər verir ki, bu barədə “The Jerusalem Post" nəşri yazıb. 

Nəşr yazıb ki, İsrailin yüksək vəzifəli rəsmiləri ABŞ-ın yüksək vəzifəli rəsmilərindən İsrail ordusunun Beyruta hücumlarını genişləndirməsinə icazə vermələrini istəyiblər.

Mənbələr bildirib ki, israillilər həm Vaşinqton-Tehran, həm də İsrail-Livan danışıqlarında irəliləyişin olmaması nəzərə alınmaqla, ABŞ-ın cavabının müsbət olacağına ümid edirlər.
Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Livandakı əməliyyatlarını genişləndirəcəyini açıqlayıb. O, hərbi kampaniyanın daha uzun çəkəcəyini, lakin İsrailin şimalda təhlükəsizliyi bərpa edəcəyini söyləyib.

Mürtəza

Избранный
54
olke.az

1Источники