RU

Qazaxıstan və Özbəkistan Avropa İttifaqının miqrant mərkəzlərinə çevrilə bilər

Aİ-nin sığınacaq almayan miqrantlar üçün yeni yerləşdirmə mərkəzləri yaratmaq planı müzakirə edilib...

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına əsasən, Avropa İttifaqı Qazaxıstan və Özbəkistanda sığınacaq hüququ əldə etməyən qaçqınlar üçün saxlama və yerləşdirmə mərkəzləri yaratmaq ideyasını nəzərdən keçirir.

Məlumata görə, təşəbbüs Niderland, Avstriya, Danimarka, Almaniya və Yunanıstan tərəfindən müzakirə olunur və bu ölkələr yaxın vaxtlarda daha on dövlətə də oxşar təkliflə müraciət etməyi planlaşdırır.

Bildirilir ki, layihəyə razılıq verən ölkələrə qarşılıq olaraq Aİ tərəfindən viza rejiminin sadələşdirilməsi kimi güzəştlərin təqdim olunması nəzərdə tutulur.

Politico nəşri yazıb ki, aparılan müzakirələr məxfi xarakter daşıyır və tərəflər ilin sonunadək miqrasiya mərkəzlərinin yaradılması istiqamətində irəliləyiş əldə etməyi hədəfləyir.

Aİ rəsmilərinin bu təşəbbüsü miqrasiya axınının idarə olunması və sığınacaq sistemində yükün azaldılması məqsədi ilə qiymətləndirdiyi qeyd olunur.

Poliqon.info

Избранный
49
poliqon.info

1Источники