RU

Yerli və xarici şirkətlər BİR ARADA Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindən FOTOREPORAJ

ain.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 31-ci dəfə fəaliyyətə başlayıb.Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi təşkil olunub.

 

Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə etmək imkanları yaradılıb.

Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
2
bizim.media

3Источники