RU

“Araz-Naxçıvan” Buludov və Alxasovu heyətdə saxladı – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” daha iki yerli futbolçusu ilə yeni müqavilə imzalandığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də bu komandanın formasını geyinəcəklər. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, klub rəhbərliyi bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni anlaşma imzalandığını açıqlamışdı.

Sol cinah müdafiəçisi olan Slavik Alxasov 2024-cü ilin avqust ayından “Araz-Naxçıvan”da çıxış edir. 33 yaşlı futbolçu bu komandanın heyətində 61 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Sağ cinah müdafiəçisi olan Ömər Buludov da 2024-cü ilin yayından Naxçıvan klubundadır. 27 yaşlı futbolçu bu komandada 49 oyun keçirib, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
21
7
arena.az

10Источники