RU

Manatla bağlı şok açıqlama: Devalvasiya olacaq?

İlin ilk beş ayının geridə qalması ilə Azərbaycan iqtisadiyyatının makroiqtisadi yekunları, qarşıdan gələn yay mövsümündə ölkənin maliyyə xəritəsinin necə formalaşacağına dair aydın mənzərə ortaya qoyur. Yanvar-may ayları ərzində daxili bazarda neft gəlirlərinin dinamikası, manatın məzənnəsinin sabitliyi və inflyasiya proqnozlarının böyük ölçüdə rəsmi hədəflər çərçivəsində qalması iqtisadi dayanıqlığın qorunduğunu süst edir. Qlobal bazarlarda “Azeri Light” markalı xam neftin barelinin 100 dollar ətrafında qərarlaşması, dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq baza qiymətini xeyli üstələdiyi üçün ölkəyə valyuta axınının yüksək templə davam etməsini şərtləndirib. Bu vəziyyət əhali arasında dövri olaraq gündəmə gələn devalvasiya narahatlıqlarını iqtisadi baxımdan tamamilə əsassız edir və yay aylarında maliyyə sektorunda hər hansı kəskin dalğalanmanın qarşısını alan ən güclü qalxan rolunu oynayır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı nocommentaz-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, ilin ilk 5 ayının iqtisadi göstəriciləri dövlətin makroiqtisadi sabitlik proqnozlarının tam doğrulduğunu və yay aylarında milli valyutaya yönələn hər hansı devalvasiya təhlükəsinin mövcud olmadığını nümayiş etdirir: “Maliyyə-iqtisadi baxımdan Azərbaycan bu yaya kifayət qədər böyük təhlükəsizlik balıncı ilə daxil olur. Dünya bazarında neft qiymətlərinin sabit və yüksək qalması Mərkəzi Bankın valyuta ehtiyatlarının, eləcə də Dövlət Neft Fondunun aktivlərinin artmasına birbaşa xidmət edir. Hazırda daxili valyuta bazarında tələb və təklif tamamilə tənzimlənir, Dövlət Neft Fondunun keçirdiyi hərraclarda dollara olan tələbat minimum həddədir. Bu səbəbdən manatın məzənnəsinin dəyişəcəyi, yaxud yay aylarında qəfil devalvasiya baş verəcəyi ilə bağlı yayılan şayiələr sadəcə olaraq spekulyativ xarakter daşıyır və heç bir real iqtisadi bazisə söykənmir”.

Onun sözlərinə görə, yay mövsümündə inflyasiya təzyiqlərinin azalması və daxili bazarda mövsümi iqtisadi canlanmanın baş verməsi əhalinin alıcılıq qabiliyyətini qoruyacaq əsas amillərdəndir: “İlk 5 ayda inflyasiya birt rəqəmli səviyyədə, nəzarət altında saxlanılıb. İyun-avqust aylarında yerli kənd təsərrüfatı məhsullarının kütləvi şəkildə bazara çıxması ilə əlaqədar ərzaq inflyasiyasının daha da enəcəyini, hətta bəzi qruplarda deflyasiya (qiymət enməsi) qeydə alınacağını gözləyirik. Ölkəni maliyyə cəhətdən gözləyən əsas ‘sürprizlər’ yalnız müsbət mənada – qeyri-neft sektorunun, xüsusilə turizm, logistika və xidmət sahələrinin gəlirlərinin artması ilə bağlı olacaq. Azərbaycan dövləti daxili bazarda həm pul kütləsini, həm də qiymət sabitliyini uğurla tənzimləyir, buna görə də vətəndaşlarımız bu yay hər hansı maliyyə böhranı və ya qəfil bahalaşma dalğası gözləməməlidir”.

Избранный
28
1
konkret.az

2Источники