RU

Kart ödənişlərində komissiyalara limit qoyuldu - Yeni qərar kimlərə aiddir?

Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeynclərlə (xidmət haqqı tariflərinin) bağlı qərar qüvvəyə minib.

Qərarın mahiyyətindən danışan iqtisadçı Günay Hüseynova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, tətbiq edilən qərar daha çox sahibkarları maraqlandıran mövzudur:

"Müştərinin bank kartı var, o, hər hansısa məhsulu nağdsız alır. Satışa əsasən sahibkar müəyyən faiz (nəzərdə tutulan həcmdə) banka xidmət haqqı ödəyir. Həmin xidmət haqqının da bir hissəsi müştərinin bankına geri qayıdır, bunun nəticəsində də müştəriyə keşbek verilir.

Yeni qərarın hansı dərəcədə tətbiqi isə tamamilə bankın daxili siyasəti ilə bağlıdır. Yəni keşbeki, bonusu ləğv edə, stabil saxlaya bilər. Əsas məsələ isə, təbii ki, burada sui-istifadə hallarının qarşısının alınmasıdır. Məsələn, ticarət mərkəzində bir çox mağazalarda, Moskva Univermağı kimi qızıl ticarəti edilən yerlərdə, mebel şəhərciklərində təəssüf ki, bu problem daha qabarıqdır. Çünki POS-terminal verilmir, açıq-aşkar olaraq. Gah deyilir zaryadkası yoxdur, sönüb, gah deyilir işləmir, gah deyilir bizdə POS-terminal yoxdur. Alınan məhsulun qarşılığında heç bir sənəd verilmir. Onun üçün düşünürəm ki, faiz həddindən daha çox bu kimi neqativ hallar həllini tapmalıdır".

Aytəkin TOFİQQIZI

Избранный
45
redaktor.az

1Источники